Xəbər lenti


Ölkəmizin İstanbuldakı Baş konsulluğundan Musavat.com-a verilən məlumata əsasən, Baş konsulluğun təklifi və təşəbbüsü əsasında şəhərin mərkəzi bələdiyyələrindən olan Sarıyer Bələdiyyəsi Məclisinin müvafiq qərarı ilə, bələdiyyə ərazisindən keçən ve bələdiyyənin ən qədim küçələrindən sayılan “Cendere” küçəsinin adı dəyişdirilərək “Azerbaycan” adı ilə əvəz olunub. Sarıyer Bələdiyyə Məclisi tərəfindən verilən qərar, rəsmi prosedurların yekunlaşdırılması məqsədilə, İstanbul Böyük Şəhər Bələdiyyə Məclisinin cari ilin 13 iyul tarixində keçirilməsi nəzərdə tutulan iclasına təqdim olunub.

Məlumat üçün bildirək ki, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan və heykəlinin ucaldıldığı park da məhz Sarıyer Bələdiyyəsinin ərazisində yerləşir və Heydər Əliyevin doğum və vəfat tarixləri İstanbuldakı Baş konsulluğun təşəbbüsü əsasında bələdiyyənin cari protokol tədbirləri təqviminə daxil edilib.



Ana səhifəyə qayıt        Baxış: 2 947          Tarix: 30-06-2020, 20:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma