Xəbər lenti

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Kürdəmirdə bələdiyyə sədrini 3 min manat cərimələyib.

Strateq.az ETSN-ə istinadən xəbər verir ki, nazirliyin “Qaynar xətt”inə Elsevər Əzizov tərəfindən Kürdəmir rayonu Sığırlı kəndi ərazisində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən araşdırılıb:

“Araşdırma zamanı məişət tullantılarının sözügedən əraziyə qeyri-mütəşəkkil atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi aşkar edilib.

Faktla bağlı Sığırlı bələdiyyəsinin sədri Saleh Ağamalıyev barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.

Tullantıların ərazidən təmizlənməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib”.

 




Ana səhifəyə qayıt        Baxış: 788          Tarix: 10-05-2018, 17:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma