Xəbər lenti

Rumıniya hökuməti avadanlıqla təchiz olunmuş “Bayraktar TB2” pilotsuz təyyarələri almaq niyyətindədir. Müqavilənin ümumi məbləği 300 milyon avro təşkil edir.

Rumıniya Müdafiə Nazirliyinin sənədinə əsasən, idarə parlamentə satınalmanı təsdiq etməsini təklif edib. Qeyd olunur ki, ümumilikdə 18 pilotsuz təyyarə və avadanlıqların alınması planlaşdırılır.

“Bayraktar TB2” kompleksinin qiyməti konfiqurasiyadan asılı olaraq bir milyondan beş milyon dollara qədərdir.

Mənbə: UNIAN




Ana səhifəyə qayıt        Baxış: 4 509          Tarix: 1-09-2022, 19:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma