Xəbər lenti

 

Tuberkulyoz dünyanın ən ölümcül infeksion xəstəliyi hesab olunur.
Ovqat.com-un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir.
Qeyd olunur ki, 2017-ci ildə dünyada 10 milyon insan bu xəstəliyə yoluxub, 1,6 milyon nəfər xəstəlik nəticəsində həyatını itirib.
Tuberkulyozla mübarizə çərçivəsində 2000-ci ildən bu günə kimi 54 milyon ölümün qarşısını almaq mümkün olub.
ÜST hesabatda bildirib ki, 2018-ci ildə tuberkulyozla mübarizə proqramlarının icrası üçün 3,5 milyard dollar tələb olunacaq. \\Medicina.az




Ana səhifəyə qayıt        Baxış: 501          Tarix: 20-09-2018, 19:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma