Xəbər lenti

"Dörd Türkiyə vətəndaşının son vaxtlar işğal olunmuş Azərbaycan torpaqlarına səfəri rəsmi orqanlarla müzakirə edilmədən həyata keçirilib".

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü səfir Hüseyn Müftüoğlu deyib.

"Son vaxtlar dörd Türkiyə vətəndaşının işğal olunmuş Azərbaycan torpaqlarına səfəri rəsmi orqanlarla müzakirə edilmədən həyata keçirilib. Bu, heç bir halda Türkiyənin rəsmi siyasətini əks etdirmir və Türkiyə, haqlı məsələdə dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcək", - deyə o bildirib.

Müftüoğlu qeyd edib ki, Türkiyə, Azərbaycan torpaqlarının təxminən beşdə biri üzərində davam edən işğalın sona çatdırılması üçün 25 ildir ki, azərbaycanlı qardaşları ilə yaxın həmrəylik içərisində hərəkət edir.




Ana səhifəyə qayıt        Baxış: 780          Tarix: 30-09-2017, 11:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma