Xəbər lenti

 Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı brifinq keçirəcək.

“Report” xəbər verir ki, bu barədə komissiyanın saytında məlumat verilib.

"ABŞ və ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllində rolu" adlı brifinqin işində ABŞ-ın Minsk qrupundakı iki sabiq həmsədri - Kevin Kavanauq və Ceyms Uorlik iştirak edəcək. Tədbirə həmçinin münaqişənin mövcud vəziyyətinə, Minsk qrupu formatına və davamlı sülhə nail olunmasına dair perspektivləri qiymətləndirəcək müstəqil ekspertlər də cəlb olunacaq.




Ana səhifəyə qayıt        Baxış: 928          Tarix: 12-10-2017, 09:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma