Xəbər lenti

Ərdoğan İlham Əliyevlə razılaşmalardan və böyük güclərdən danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Bakı səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Publika.az
 xəbər verir ki, Ərdoğan “Bakı-Tbilisi-Qars dəmiryolunun ardınca TANAP kimi böyük layihələr də gəlir. Maraqlıdır, böyük güclər bunlarla bağlı nə düşünür?” sualına “O güclərin bu cür layihələrlə bağlı nə düşündüyü bizi marqlandırmır”, cavabını verib.

“Bizim nə etdiyimiz bizi maraqlandırır. Bir şey doğrudursa, onu həyata keçirməliyik. Avropanın da təbii qazını, neftini biz verəcəyik inşallah. Digər ölkələrlə birlikdə dəmiryolları inşa edib yolumuza davam edəcəyik. Doğru bildiyimiz yolda irəliləyəcəyik”, - deyə Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti Azərbaycan prezidenti İlham Əliyevlə əldə etdiyi bir sıra razılaşmalardan da danışıb: “Bakının mərkəzində məktəb açmaq üçün Milli Təhsil Nazirliyinə ərazi ayrılıb. 2018-ci ildə Qafqaz İslam Ordusunun yaradılmasının 100-cü ildönümü mərasimin keçirilməsi haqda razılıq əldə etdik. Azərbaycan FETÖ ilə mübarizəyə də son dərəcədə həssas yanaşır”.




Ana səhifəyə qayıt        Baxış: 806          Tarix: 2-11-2017, 17:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma