Mətbuatımız, şərhçilərimiz, ümumilikdə, hər kəs “5 rayon söhbəti”ni yığışdırmalıdır.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli qeyd edib. Onun sözlərinə görə, bu söhbət o qədər hallanır ki, bir azdan hamımız münaqişənin bu 5 rayonun üstündə olduğuna inanıb, həmin rayonlar qaytarılanda bayram edəcəyik:
“Bu münaqişə Dağlıq Qarabağ münaqişəsidir. DQ ətrafındakı rayonların hamısı geri verilməlidir. Hazırda sülh danışıqlarının təməlini təşkil edən Madrid prinsipləri və həmsədr ölkə prezidentlərinin birgə bəyanatlarında da DQ ətrafındakı bütün rayonların Azərbaycana qaytarılmasından söhbət gedir. Hətta bu bəyanatlarda da bizim əleyhimizə təhlükəli müddəalar var”.
Politoloq bildirib ki, “5 rayon” məsələsini Ermənistan və Rusiya ortaya atıb:
“Biz isə anlamadan və mahiyyətinə varmadan bu tələyə düşmüşük”.
Paylaş: