Xəbər lenti

"Hüquq sisteminin fəaliyyətinin müasir və mütərəqqi prinsiplər əsasında təkmilləşdirilməsindən bəhs edərkən Azərbaycan Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli sərəncamını xüsusi qeyd etmək lazımdır. Dövlət başçısının imzaladığı bu sərəncam vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi və təmin olunmasının ədalət mühakiməsinin əsas məqsədlərindən biri olduğunu bəyan edərək dövlətimizin demokratik dəyərlərə daimi sadiqliyini bir daha təsdiq edir".

"Report" xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.

O qeyd edib ki, həmin sərəncamın icrasının təmin olunması ilə əlaqədar “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun layihəsi Konstitusiya Məhkəməsinə də göndərilmişdi və layihəni ətraflı təhlil ediblər: "Təqdim olunan qanun layihəsində cəza siyasətinin humanistləşdirilməsi məqsədilə bir sıra cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrumetməyə alternativ azadlığın məhdudlaşdırılması cəza növünün əlavə olunması, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin olunmasının əsaslarının müəyyənləşdirilməsi işlərinin aparılması müsbət qiymətləndirilməlidir".

Qeyd edək ki, Milli Məclis Azərbaycanda cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı qanunu qəbul edib. Prezident İlham Əliyev noyabrın 7-də Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb. 




Ana səhifəyə qayıt        Baxış: 992          Tarix: 11-11-2017, 11:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma