Xəbər lenti

Azərbaycanda qanunvericilikdə əkin yeri anlayışı təsnif olunur və əkin yerlərinin yandırılmasına görə cəzalar müəyyənləşdirilir.

Bununla bağlı Azərbaycan prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş qanun layihəsi Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə görə, İnzibati Xətalar Məcəlləsinə 244-1 (Əkin yerlərinin yandırılması)maddəsi əlavə edilir.

Maddədə qeyd olunur ki, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnəcəklər.

Bununla bağlı “Torpaqların münbitliyi haqqında” qanunda da “əkin yeri” anlayışı təsnif olunur.

Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub/APA.




Ana səhifəyə qayıt        Baxış: 573          Tarix: 28-11-2017, 17:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma