Xəbər lenti

“Azərbaycan və İran enerji resursları baxımından önəmli ölkədir”.

APA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri ı Mövlud Çavuşoğlu Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

M.Çavuşoğlu əlavə edib ki, Türkiyə hər iki ölkədən təbii qaz və neft alır.

“Aldığımız neft və qağın həcmini artırmaq istəyirik. Gələn il TANAP bitəcək. İran qazının da beynəlxalq aləmə çıxması istiqamətində çalışırıq. Enerji sahəsində əlaqələri daha da inkişaf etdirə biləcəyimizi düşünürük”, – deyə nazir bildirib. 




Ana səhifəyə qayıt        Baxış: 1 013          Tarix: 20-12-2017, 15:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma