Xəbər lenti

Bakıda Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Mövlud Çavuşoğlu arasında görüş keçirilir.

"Report" xəbər verir ki, görüş zamanı nazirlər ikitərəfli əməkdaşlığın inkişafı, eləcə də aktual beynəlxalq və regional məsələlər ətrafında müzakirələr aparırlar.

Xatırladaq ki, M.Çavuşoğlu Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşündə iştirak etmək üçün Bakıya gəlib.




Ana səhifəyə qayıt        Baxış: 721          Tarix: 20-12-2017, 11:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma