Xəbər lenti

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, cəbhəboyu zonada səfərdə olarkən mobil səhra hospitalın kollektivi ilə görüşən general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dekabrın 28-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında da  olub.

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Müdafiə naziri hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

Tibb heyəti ilə görüşən general-polkovnik Z.Həsənov onlara Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini çatdırıb.

Sonra hərbi qulluqçulara dövlətimizin başçısı adından bayram sovqatları təqdim olunub. 




Ana səhifəyə qayıt        Baxış: 835          Tarix: 28-12-2017, 14:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma