Xəbər lenti

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN)Türkiyə Silahlı Qüvvələrinin “Zeytun Budağı” əməliyyatı haqqında açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan terrorizmdən əziyyət çəkmiş dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir.

O, burğulayıb ki, Azərbaycan terrorizmlə mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir.Onun deməsinə görə, beynəlxalqsülh və təhlükəsizliyin təmin edilməsindən ötrü terror təhlükəsinin kökünün kəsilməsi xüsusilə vacibdir:

“Türkiyə hökumətinin bəyan etdiyi kimi, bu ölkənin Silahlı Qüvvələrinin həyata keçirdiyi “Zeytun Budağı” əməliyyatının məqsədi sərhədlərinin təhlükəsizliyini təmin etməkdir. Bölgədəki terror təhlükəsini zərərsizləşdirilmək və ərazidə yaşayan mülki insanları terror hücumlarından, təhdidlərindən qorunmaqdır”.

Hikmət Hacıyev deyib ki, Türkiyə dəfələrlə terror hücumlarına məruz qalıb və nəticədə çoxsaylı günahsız insanlar həlak olub.

Onun bildirməsinə görə, Azərbaycan Türkiyənin terror təhdidi ilə bağlı əsaslı təhlükəsizlik narahatlıqlarını tam şəkildə anlayır:

“Biz qardaş Türkiyə və Türkiyə xalqının bir daha heç zaman xain terror hücumlarına məruz qalmamasını arzu edirik”.

Xatırlatma

Yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsinə havadan zərbələr endirib.

Bu gün, yanvarın 21-də isə Türkiyə ordusunun Suriyanın Afrin bölgəsinə qurudan da daxil olduğu bildirilir.

Türkiyə bu əməliyyata “Zeytun Budağı” adını verib.//Azadlıq Radiosu




Ana səhifəyə qayıt        Baxış: 733          Tarix: 21-01-2018, 20:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma