Xəbər lenti

 

“Təyin olunan hədəflərin, demək olar ki, əksəri dağıdılıb və hava qüvvələrimiz vəzifələrini başa çatdıraraq bazalarına qayıdıb. Artilleriya atəşi ilə sahənin yumşaldılması fəaliyyətləri hələ də davam edir. Sabahdan etibarən vəziyyətdən asılı olaraq piyada qüvvələrimiz də lazımi fəaliyyətləri icra edəcəkdir”.

Ovqat.com xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım “Zeytun Budağı” əməliyyatını şərh edərkən bildirib.

Baş nazir daha sonra deyib:

“ Türkiyə Cümhuriyyətinin hədəfi əsla və əsla Suriyanın ərazi bütövlüyünə xələl gətirmək deyil. Görülən iş cənub sərhədimizdən, Suriyanın şimal-qərb bölgəsindən son üç il ərzində ölkəmizə və Fərat qalxanı əməliyyat sahəsinə edilən təcavüzləri və buradakı itkiləri, həmçinin sərhəd rayonlarımızda yaşayan vətəndaşlara yönəlik hücumları, terror fəaliyyətlərini ortadan qaldırmaqdır. Eyni zamanda Afrində yaşayan ərəb, kürd, türkmən qardaşlarımızı terror təşkilatlarının təzyiqindən, zülmündən xilas etmək bu hərəkatın mühüm hədəflərindən biridir.

 Son üç ildən bəri bölgədə terror təşkilatının zülm səviyyəsi o qədər artmışdır ki, 350 min insan bölgədən köç etmək məcburiyyətində qalmışdır və ölkəmizə 350 min kürd qardaşımız gəlib canlarını qurtararaq burada yerləşmişlər. Dolayısıyla, terror təşkilatının “Afrində kürdləri məhv etməyə yönəlmiş bir əməliyyat aparılır “kimi qara piar maşınlarının əsla və əsla həqiqətlə əlaqəsi yoxdur. Aparılan əməliyyat kürdləri də, ərəbləri də, digər məsum insanları da bu əliqanlı, separatçı terror təşkilatının zülmündən xilas etməkdir.

 Bu hərəkat legitimliyini beynəlxalq hüquqdan, Birləşmiş Millətlər Təşkilatının qərarlarından alır. Hərəkatın adı “Zeytun Budağı” Hərəkatıdır. Sülh, əmin-amanlıq, cansağlığı gətirməyi hədəfləyən bir hərəkatdır”.




Ana səhifəyə qayıt        Baxış: 990          Tarix: 20-01-2018, 23:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma