Xəbər lenti

Rusiyada fəaliyyət göstərən beş azərbaycanlı oliqarx ABŞ-ın bu gün açıqladığı sanksiya siyahısına düşüb.

Strateq.az bildirir ki, bunlar “Krokus” holdinqin rəhbəri Araz Ağalarov, “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov, milyarderlər Fərhad Əhmədov, Zarah İliyev, Qod Nisanovdur.

ABŞ-ın “Kreml siyahısı”na ümumlikdə 96 oliqarxın adı salınıb.

Onların arasında Alişer Usmanov, Roman Abromoviç, Süleyman Kərimov, Yevgeniy Kasperski, Mixail Proxorov, Arkadiy və Boris Rotenberqlər, Gennadiy Timçenko, Oleq Tinkov və digərlərinin adları var.




Ana səhifəyə qayıt        Baxış: 893          Tarix: 30-01-2018, 16:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma