Xəbər lenti

 Rusiyada prezident Vladimir Putinin dostu kimi tanınan Arkadi və Boris Rotenberq qardaşları “Moskva-Siti” Moskva beynəlxalq işgüzar mərkəzinin ərazisində inşa olunan “Grand Tover” göydələninə ortaq olur.

Virtualaz.org xəbər verir ki, bu barədə “Kommersant” yazıb. Göydələni inşa edənlər azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevdir. Əslində Putinin digər dostu İlham Rəhimov əvvəldən onların biznes ortağıdır.

Qəzetin yazdığına görə Rotenberq qardaşlarına məxsus SMP-bank layihənin maliyyə partnyoru kimi cəlb ediləcək. İndiyə qədər layihənin mülkiyyətçisi olan, Qod Nisanov, Zarah İliyev və İlham Rəhimova məxsus Kiyevskaya ploşad MMC isə baş podratçı statusunu daşıyacaq. Nisanov və İliyev göydələnin tikilməsi üçün ərazini 2011-ci ildə Moskva meriyasından 7.2 milyard rubla alıblar.

Biznesmenlər ərazidə ümumi sahəsi 315 min kvadratmetr olan “Grand Tower” çoxfunksiyalı kompleksini inşa edirlər. Bu kompleksdə ofislər və apartamentlər yerləşəcək. İliyev və Nisanov Moskvanın daşınmaz əmlak krallarıdır, onların mülkiyyətində kommersiya təyinatlı çoxsaylı daşınmaz əmlak var. Göydələnin tikintisinin gələn il başa çatdırılması planlaşdırılır.

“Knight Frank” konsaltinq şirkətindən Alan Baloyev hesab edir ki, kompleksin tikintisi təxminən yarım milyard dollara başa gələcək. Baş podratçıların bu tikintidən qazancı 3.75-5.4 milyard rubl ola bilər. Lakin podratçılar bu qazancı pul şəklində deyil, hazır binada məbləğə uyğun kvadratmetrlərlə əldə edəcəklər




Ana səhifəyə qayıt        Baxış: 763          Tarix: 26-08-2017, 11:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma