“Cənab prezident İlham Əliyev bu ilin yanvarın 10-da 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Həmçinin cənab prezident İlham Əliyev 2017-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilib”.
Bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin iclasında deyib.
Spiker bildirib ki, Milli Məclisin Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə keçirəcəyi xüsusi iclas iyunun 8-də olacaq: “Həmin iclasda bir sıra ölkələrin parlament nümayəndələri də iştirak edəcək”.
Spiker qeyd edib ki, 2018-ci ilin yaz sessiyasında parlamentdə bir çox yeni qanun layihələri müzakirə ediləcək. “Sessiya ərzində Hesablama Palatasının, Ombudsmanın hesabatı dinləniləcək və bir çox qanunlara əlavə və dəyişikliklər ediləcək”.
Modern.az
Paylaş: