Ukrayna Heydər Əliyevin ölkəmizə göstərdiyi yaxşılığı və qayğını heç zaman unutmayacaq.
Bunu Ukraynanın keçmiş baş naziri Anatoli Kinax Haqqın.az-a müsahibəsində deyib.
Eks-baş nazirin sözlərinə görə, 1997-ci ildə Ukrayna məhz Heydər Əliyevin sayəsində taxıl məhsullarını yığa bildi.
“Rusiya həmin il bizə satdığı yanacağın qiymətini qaldırdı və biz məhsulun satılması üçün başqa mənbələr axtarmağa başladıq. Gözləmək olmazdı, məhsul yığımının qızğın vaxtı idi. Və o zaman Ukrayna Prezidenti Leonid Kuçma Heydər Əliyevə zəng edərək ondan yanacağa kömək etməsini xahiş etdi. Azərbaycanda da məhsul yığımının getməsinə baxmayaraq, Əliyev dərhal hökumətə göstəriş verdi və qısa müddətdə bizə yanacaq göndərildi. Ukrayna fermerləri indiyə qədər sizin rəhbərliyin xoşniyyətli jestini xatırlayır”, – Kinax bildirib.
Kinax qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Ukrayna münasibətlərinin möhkəmləndirilməsi üçün əlindən gələni edir:
“Bilirəm ki, yaxın günlərdə sizdə prezident seçkiləri keçiriləcək və əminəm ki, müdrik Azərbaycan xalqı yenə öz doğru seçimini edəcək. Heydər Əliyev və İlham Əliyevin sayəsində Azərbaycan regionda baş verən neqativ proseslərdən qaça bildi. Onlar dövlətin güclənməsi üçün xalqı birləşdirməyi bacardı”.
Paylaş: