Xəbər lenti

 

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) fevralın sonunda Azərbaycana səfər edən ehtiyacların qiymətləndirilməsi missiyasının hesabatından sonra seçkiləri müşahidə etmək barədə qərar verib. Biz şadıq ki, Azərbaycandan müşahidə ilə bağlı dəvəti vaxtında almışıq".

 

APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri, xanım Koryen Yonker Bakıda keçirdiyi mətbuat konfransında deyib.

 

K. Yonkerin sözlərinə görə, bu onlara seçkidən əvvəlki prosedurları da izləmək imkanı verir.

 

"Müşahidə DTİHB metodologiyasına uyğun aparılacaq. ATƏT üzvü olan bütün ölkələr öhdəlik götürüb ki, seçkilərini ATƏT-in seçki öhdəliklərinə uyğun aparsın. Biz seçkilərə müdaxilə etməyəcəyik. DTİHB seçki polisi deyil, biz seçkilərin nəticəsi ilə maraqlanmırıq. Bizim üçün əsas məsələ məqsədimiz seçki prosesinin şəffaf olmasıdır.

 

Seçki müşahidə missiyası 10 komanda ilə ölkənin bütün regionlarını əhatə edəcək. İlkin olaraq aralıq hesabat yayacağıq. Yekun hesabat isə seçki prosesi bitdikdən 8 həftə sonra açıqlanacaq", - deyə xanım Yonker bildirib.




Ana səhifəyə qayıt        Baxış: 841          Tarix: 9-03-2018, 15:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma