Xəbər lenti

ATƏT-in Parlament Assambleyasının qısamüddətli müşahidə missiyasının koordinatoru Nilza Sena (Portuqaliya) Azərbaycanda səfərdədir.

Bu barədə "Report" ATƏT PA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl N.Sena ATƏT PA-nın prezidenti Giorgi Tsereteli tərəfindən aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində Parlament Assambleyasının qısamüddətli müşahidə missiyasının koordinatoru təyin edilib.

"Qarşıdakı prezident seçkilərində ATƏT-in xüsusi koordinatoru kimi xidmət edəcəyim üçün qürur duyuram. Bu səfəri faydalı hesab edirəm. Azərbaycan və ATƏT-ə öz töhfəmi verəcəyimə görə şadam", – N.Sena bildirib.

O, Bakıya səfəri çərçivəsində PA nümayəndə heyətinin üzvləri ilə bir sıra görüşlər keçirmək, həmçinin bu gün Milli Məclis və İpək Yoluna Dəstək Qrupu tərəfindən təşkil edilən "İqtisadi əməkdaşlıq və mədəni əlaqələrin möhkəmləndirilməsində parlamentarilərin rolu" adlı konfransda iştirak etmək niyyətindədir.

 




Ana səhifəyə qayıt        Baxış: 784          Tarix: 13-03-2018, 14:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma