Xəbər lenti

SSRİ Nazirlər Sovetinin sədri Nikolay Tixonov Mixali Qorbaçovun Sovet İttifaqı Kommunist Partiyasının baş katibi postuna gətirilməsinin əleyinə olub.

Strateq.az bildirir ki, bu barədə SSRİ-nin eks – prezidenti Mixail Qorbaçov “Özümlə təkbətək” kitabındakı memuralarında yazıb: “Sovet rəhbərliyi arasında qrupların olması sirr deyildi. Mənim baş katib olmağımı istəməyənlər də vardı. Çernenkonun ölümünə az qalmış DTK-nın sədri Çebrikov mənə Tixonovla olan söhbətini açıqladı. Tixonov ciddi-cəhdlə Çebrikovu mənim baş katib postuna seçilməyimin yolverilməz olduğuna inandırmaq istəyib” -deyə Qorbaçov yazıb.

Bununla yanaşı Tixonov digər namizədin adını çəkməkdən imtina edib.

Qorbaçov qeyd edir ki, müxtəlif mümkün namizədlər arasında onun da adı olub: “Çernenkonun səhhətinin pisləşməsi səbəbindən onun varisi məsələsi müzakirə olunurdu. Kimsə özünün şansını yoxlamaq üçün bu postu hədəfə almışdı. Partiya aparatı və Mərkəzi Komitə bu günlərdə yalnız bununula məşğul idi”.

Daha sonra o, həmin tarixi iclasın bəzi detallarını qeyd edib.

Saat 14.00-da Siyasi Büronun iclası başlanıb. İclasa sədrlik edən Mixail Qorbaçov gündəliyə baş katib seçkisinin salındığını elan edib. Bu zaman xarici işlər naziri Qromıko dərhal yerinədən qalxaraq M. Qorbaçovun namizədliyini təklif edib.

Amma bütün hallarda M. Qorbaçov Siyasi Büronun iclasında namizdəlyinin irəli sürüləcəyini əvvəlcədən bilibmiş. Onun kitabda iclasdan bir gün əvvəl həyat yoldaşı ilə bu barədə söhbəti yer alıb. “Gecə Raisaya dedim ki, mənim baş katib postuna namizədliyim təklif olunub”.

Bundan sonra kitabda M. Qorbaçov hələ Mərkəzi Komitənin katibi olarkən SSRİ rəhbəri Yuri Andropovla olan təkbətək söhbətini xatırladıb. Baş katib Y.Andropov onu kabinetinə çağıraraq M. Qorbaçova “aqrar məsələlərin müzakirəsindən əl çəkməyi və artq daxili və xarici siyasət məsələləri ilə məşğul olmağı” tövsiyə edibmiş: “Ola bilsin ki, sabah bütün məsuliyyət sənin üzərində olsun. Sən nə dediyimi başa düşürsən?”- deyə Andropov Qorbaçova deyib. Daha sonra Andropov bu söhbətin kənara çıxmamasını tapşırıb.

Bununla bağlı M.Qorbaçov Almaniyanın keçmiş kansleri Helmut Kolun xatirəsini xatırladıb: “Kol haqqında sənədli filmdə o, mənim üçün də gözlənilməz olan maraqlı bir xatirəni bölüşdü. Almaniya kansleri kimi SSRİ-də səfərdə olarkən baş katib Andropovla görüşən Kol ondan “sizin varisiniz varmı? Kimi yerinizə hazırlayırsınız?” soruşub. Andropov qısa sükutdan sonra M.Qorbaçovun adını çəkib.

Xatırladaq ki, 1985-ci ilin fevralında SSRİ-nin rəhbəri postuna gətirilmiş M. Qorbaçov özünün elan etdiyi “yeni kurs”la SSRİ-də islahatlar paketini təqdim edib. “Aşkarlıq və yenidənqurma” adlanan bu siyasət son nəticədə SSRİ-nin süqutu ilə nəticələnib.

Nikolay Tixonov SSRİ Nazirlər Sovetinin Sədri və Sovet siyasətçisidir. Kosıginin gedişindən sonra yeni hökumət başçısı olan Tixonov Brejnevin son illərində, Yuri Andropovun, Konstantin Çernenkonun dövründə və Mixail Qorbaçovun hakimiyyətinin başlanğıcında hökumətə rəhbərlik edib. 1997-ci ildə vəfat edib.

Xaqani SƏFƏROĞLU

Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 960          Tarix: 13-04-2018, 16:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma