Xəbər lenti

“Dağlıq Qarabağ münaqişəsi dondurulmayıb, davam edir. Bunun çox ağır nəticələri var”.

Bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, Ermənistan bir neçə dəfə Rusiya və Qazaxıstan bazalarına Dağlıq Qarabağın məhsullarını çıxarmağa cəhd ediblər:“Azərbaycanın sərt təpkisindən sonra bu, aradan qaldırıldı. Avropa İttifaqı səviyyəsində də bu məsələ həll edilməlidir. Dağlıq Qarabağda və digər münaqişə ocaqlarında təhlükəli tendensiyalar baş verir. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Amma bəzən çalışırlar ki, Azərbaycanı gözdən salsınlar, deyirlər ki, guya ölkədə insan hüquq və azadlıqları pozulur. Bunlar doğru deyil. Dağlıq Qarabağ münaqişəsi yalnız Cənubi Qafqaz regionu üçün deyil, Avropa üçün də təhlükə yaradır, ona görə də həll edilməlidir”.

Report

 




Ana səhifəyə qayıt        Baxış: 915          Tarix: 8-05-2018, 15:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma