Xəbər lenti

Xarici KİV nümayəndələrinin Paşinyanın brifinqinə görə Xankəndiyə getməsinə etiraz edilməyib.

Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın yeni baş naziri Nikol Paşinyanın bu gün Xankəndidə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

H.Hacıyev qeyd edib ki, artıq “Financial Times”, “Associated Press”, “Agence France Press” kimi media qurumları rəsmi məktubla Azərbaycan XİN-ə müraciət edərək işğal olunmuş ərazilərə səfər etmək üçün Azərbaycan hökumətinin icazəsini xahiş ediblər:

“Sözügedən beynəlxalq KİV-lərin ölkəmizin qanunlarına, ərazi bütövlüyü və suverenliyinə, həmçinin beynəlxalq hüquqa hörmətlərini nəzərə alaraq, onların nümayəndələrinin işğal olunmuş ərazilərimizə səfərinə etiraz edilməyib. Ümidvarıq ki, bu səfər əsnasında beynəlxalq KİV nümayəndələri Azərbaycanın işğal olunmuş Laçın rayonu və Dağlıq Qarabağ bölgəsi ilə hərəkət edərək bu ərazilərin köklü azərbaycanlı sakinlərinə qarşı işğal nəticəsində törədilmiş etnik təmizləmə və onların mülkiyyətinin, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi ilə yerindəcə tanış ola biləcəklər.

Biz xarici KİV nümayəndələrinə bu səfər əsnasında tamamilə viran edilmiş Ağdam, Cəbrayıl, Füzuli və digər rayonlara da getməyi tövsiyə edirik. Amma təcrübə göstərir ki, Ermənistan tərəfi onların Xankəndidən kənara çıxmasına imkan verməyəcək”.

 




Ana səhifəyə qayıt        Baxış: 842          Tarix: 9-05-2018, 13:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma