“Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Şuşaya gəlməsi qanun pozuntusudur”.
Bunu jurnalistlərə açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.
O vurğulayıb ki, Nikol Paşinyan ilk səfərini Azərbaycanın işğal olunmuş ərazilərinə etdiyinə görə peşman olacaq: “Çünki onun günahsız insanların qanına bulaşan torpaqlara ayaq basması cinayətdir”.
B.Səfərov həmçinin Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsi məsələsinə də toxunub. O qeyd edib ki, bununla bağlı hələ heç bir gözlənti yoxdur: “Orada yeni hökumət formalaşmalıdır. Yeni yığılan komanda ilə yeni baş nazir əgər işğalçılıq siyasətindən əl çəkəcəksə, o zaman Dağlıq Qarabağda yaşaya biləcəklər. Yoxsa onların günü əvvəlkindən daha da pis olacaq”.
Report
Paylaş: