Xəbər lenti

Avqustun 25-də Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniya Kansleri Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

Dövlət başçısı görüşdə qeyd edib: “Hörmətli xanım Kansler. Hörmətli qonaqlar. Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər çox uğurlu olacaq və Almaniya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək.

Biz Sizinlə dəfələrlə görüşmüşük, aramızda siyasi dialoq fəal şəkildə aparılır və çox şadam ki, bu gün Siz Azərbaycandasınız. Bu, tarixi bir səfərdir.

İkitərəfli əlaqələrimizin gündəliyi çox genişdir, siyasi, iqtisadi əlaqələr, ticarət əlaqələri, regional məsələlər – yəni, bütün bu məsələləri bu gün müzakirə edəcəyik. Əminəm ki, səfəriniz əlaqələrimizə yeni təkan verəcək. Bir daha xoş gəlmisiniz”.

 




Ana səhifəyə qayıt        Baxış: 640          Tarix: 25-08-2018, 17:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma