Xəbər lenti

Kiyevdə Rövşən Tağıyevin təqdim etdiyi 150 metrlik Ukrayna bayrağının təqdimatı olub

Ukraynanın müstəqilliyinin 28-ci ildönümü münasibətilə avqustun 24-də Kiyevdə keçirilən rəsmi tədbirə ölkənin Prezient Administrasiyasının dəvəti ilə Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev də qatılıb.
BUAK-dan verilən məlumata görə, tədbir çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenskiy Rövşan Tağıyevlə görüşüb. Görüş zamanı R. Tağyev Ukraynada yaşayan etnik xaqların ölkənin ictimai-siyasi həyatında fəallığını xatırladaraq aparılan islahatlar çərçivəsində təkliflərini səsləndirib, prezidentlə etnik xalqları təmsil edən təşkilatların görüşünü təklif edib. 
V. Zelenskiy təklifi yüksək dəyərləndirərək tezliklə R. Tağıyevin təklif etdiyi etnik xalqların nümayəndələri ilə rəsmi görüş keçirəcəyini, təklifləri mütləq müzakirə edəcəyini bildirib.
Tədbir çərçivəsində R. Tağıyev Ukraynanın eks prezidentləri Leonid Kravçuk, Leonid Kuçma, Viktor Yuşenko və Pyotr Poroşenko ilə də görüşüb. Eks prezidentlər R. Tağıyevə Ukrayna uğrunda gördüyü işlər üçün minnətdarlığını bildiriblər. Tədbirdə R. Tağıyev ABŞ Dövlət Departamentinin Ukraynada rəsmi təmsilçisi Kurt Volkerlə də Ukraynadakı sitüasiya ilə bağlı müzakirələr aparıb, ona ölkə üçün etdiyi diqqətə görə təşəkkür edib. Bir gün əvvəl avqustun 23-də keçirilən ölkənin Bayraq Günü ilə bağlı mərasimdə isə Kiyev meri Vitali Kliçkonun təşkilatçılığı ilə Rövşən Tağıyevin hazırladığı 150 metrlik Ukrayna bayrağının təntənəli təqdimatı olub.Moderator.az



Ana səhifəyə qayıt        Baxış: 478          Tarix: 26-08-2019, 16:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma