Xəbər lenti

 

“Dürüst şərtlərin ortaya çıxacağı təqdirdə İran Prezidenti Həsən Ruhani ilə görüşə bilərəm”.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp bildirib.

ABŞ lideri İranla yeni bir nüvə anlaşması əldə edilməsi məsələsində nikbin olduğunu ifadə edib:

“İran 2 il yarım əvvəl ABŞ prezidenti səlahiyyətlərini əldə etdiyim dövrdəki ölkə deyil. İranın müdhiş bir cəmiyyət ola biləcəyini düşünürəm. Ancaq nüvə silahına malik ola bilməzlər”.

Tramp deyib ki, İran xoş niyyətlə davranmalıdır.

Qeyd edək ki, dünən Prezidenti Həsən Ruhani fayda verə biləcək hər kəslə görüşə hazır olduğunu bildirib




Ana səhifəyə qayıt        Baxış: 604          Tarix: 27-08-2019, 20:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma