Xəbər lenti

“Ötən il BMT Baş Assamableyasının sessiyasında iştirakı çərçivəsində İran prezidenti Həsən Ruhaninin Nyu-Yorka səfəri zamanı ABŞ prezidenti Donald Tramp onunla görüşmək üçün İslam Respublikasının nümayəndə heyətindən 8 dəfə xahiş edib”.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran prezident administrasiyasının başçısı Mahmud Vaizi iyulun 18-də jurnalislərə açıqlamasında bildirib.

“İnterfax” bildirib ki, ABŞ prezidentindən görüşlə bağlı sorğunun verilməsi barədə məlumat yayılmayıb. İndiyədək Donald Trampla Həsən Ruhani arasında görüş olmayıb.

Bildirilib ki, 2017-ci ilin oktyabrında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhra Qasemi BMT Baş Assambeyası çərçivəsində Donald Trampın görüşmək istəyindən Həsən Ruhani imtina edib. Onda ABŞ Dövlət Departamentinin sözçüsü Xizer Noyretdə BMT-də assamlbleya çərçivəsində yüksək səviyyədə görüşün keçirilməsində İran tərəfin imtina etdiyini bildirmişdi. Ancaq o, bu görüşdə ABŞ tərəfindən iştirak edəcək rəsminin adını açıqlamayıb.

 




Ana səhifəyə qayıt        Baxış: 725          Tarix: 18-07-2018, 16:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma