Xəbər lenti

 

Erməni analitik Alla Aydiyan Ermənistanın Baş naziri Nikol Paşinyanın Milanda Qarabağla bağlı açıqlamalarını şərh edərkən maraqlı məqamlara toxunub.

Axar.az xəbər verir ki, Aydiyan erməni saytı “Аysor.am”a müsahibəsində Ermənistan hakimiyyəti içində gedən söz-söhbətlərdən xəbərdar olduğunu bildirib.

“Mən hakimiyyət daxilində baş verən bəzi vacib məqamları adi insanlardan çox bilirəm. Belə ki, Paşinyan bu gün keçmiş prezident Serj Sərkisyanın atəşkəs müqabilində (2016-cı il Aprel savaşı nəzərdə tutulur – red.) Meğri və 7 rayonu Azərbaycana qaytarmaq istəməkdə ittiham edir. Mən bu söhbətin bəzi detallarını bilirəm, amma tam olaraq mənzərəni görmək olmur”, - ekspert qeyd edib.

Aydiyan istisna etmir ki, məhz bu fakt Sərkisyan hakimiyyətinə son qoyub.

Erməni analitik qeyd edib ki, Nikol Paşinyan Milanda danışarkən Ermənistan cəmiyyətini manipulyasiya edib:

“Hamı Paşinyanın Qarabağla bağlı tezisini yaxşı bilir: “Bütün tərəfləri razı salacaq həll variantı ilə razıyam”. Azərbaycan tərəfinin bununla bağlı əsas fikri “Qarabağ – Azərbaycanındır və nida işarəsi”dir. Belə çıxır ki, Paşinyan bu fikirlə razıdır? Bu, manipulyasiyadır. Amma gərək Paşinyan bu tip manipulyasiya və maxinasiyalardan əl çəksin. Axı bu mövzu öz həssaslığı ilə seçilir”.

Xatırladaq ki, Meğri şəhəri 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanıb. Meğrı Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz idi.




Ana səhifəyə qayıt        Baxış: 2 010          Tarix: 22-11-2019, 10:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma