Xəbər lenti

 

Ermənistan Baş naziri Nikol Paşinyan Müdafiə Nazirliyinin Baş İnspektoru Movses Akopyanı vəzifəsindən azad edib.

Axar.az xəbər verir ki, bu barədə məlumat Ermənistan Nazirlər Kabinetinin saytında yer alıb. Akopyanla bərabər onun müavinləri Komu Koçunç və Vaçaqan Nersesyan da vəzifələrindən azad edilib.

Qeyd edək ki, Movses Akopyanı Ermənistanın Baş Qərargah rəisi vəzifəsinə Serj Sərkisyan təyin edib. Akopyan bu vəzifədən Nikol Paşinyanın hakimiyyətə gəlməsindən dərhal sonra çıxarılmış və baş inspektor təyin edilmişdi.

Movses Akopyan Qarabağ ermənisidir. O, 2007-2015-ci illər ərzində separatçı rejimin “müdafiə naziri” işləyib.

Akopyan Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edən Rusiyanın 366-cı motoatıcı alayının komandirlərindən olub.




Ana səhifəyə qayıt        Baxış: 667          Tarix: 18-11-2019, 15:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma