Qarabağla bağlı verilən sual Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanda şok effekti yaradıb. Koreya Xalq Demokratik Respublikası (KXDR) Yaponiyanı külə çevirməklə hədələyib. İran Kəşfiyyat Nazirliyi Tehranda iyunun 7-də terror hücumu həyata keçirənlərin şəxsiyyətlərini açıqlayıb. Tehranda Xomeyni türbəsinə və parlament binasına hücum edən terrorçuların İrana Ermənistandan keçdiyi iddia edilib. İŞİD 8 ölkəni yeni terror aktları ilə hədələyib.
ATƏT Minsk qrupunun həmsədrləri regiona səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti dəqiqləşdirməyi planlaşdırır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edib ki, həmsədrlərin iyunun 10-u Yerevana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin aktual məsələlərinin müzakirəsi planlaşdırılır. Həmsədrlər daha sonra Dağlıq Qarabağa səfər edəcəklər. Bir həftə sonra isə onların Bakıya səfəri nəzərdə tutulub.
“Azərbaycanın işğal edilmiş ərazilərində tammiqyaslı müharibənin başlaması çox yaxındır”. Bu barədə rusiyalı politoloq, tarixçi Oleq Kuznetsov deyib.
O.Kuznetsov qeyd edib ki, son zamanlar Azərbaycanın hərbi gücü işğalçı qüvvələri dəfələrlə geridə qoyub.
Rusiyalı jurnalist mətbuat konfransında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyana şillə effekti yaradan sual verib. E.Nalbandyanın italiyalı həmkarı Angelino Alfano ilə Romadakı görüşdən sonra keçirdiyi mətbuat konfransında rusiyalı jurnalist erməni nazirə “İşğal etdiyiniz Azərbaycanın torpaqlarından nə vaxt çıxacaqsınız?” deyə sual verib.
Sual qarşısında üzü qızaran Nalbandyanın “Bu sual ya redaksiyanızdan, ya da Bakıdan yazılmış olmalıdır” deyərək, vəziyyətdən çıxmağa çalışıb. Daha sonra erməni nazir ənənəvi qaydada işğalçılıq siyasətlərini rədd etməyə cəhd göstərib.
ABŞ prezidenti Donald Tramp Ermənistan prezidenti Serj Sarkisyana sözün həqiqi mənasında məhəl qoymur. Tramp Ağ Evə gələndən sonra Azərbaycan və Gürcüstan prezidentlərinə isti münasibəti ilə seçilir, lakin Cənubi Qafqazın digər ölkəsi olan Ermənistanı sanki qaralama kağız kimi əzərək, ofisindəki zibil yeşiyinə tullayıb. Halbuki, ABŞ-da erməni diasporu və lobbisinin gücünü nəzərə alsaq, Tramp Sarkisyanla çoxdan görüşməli, heç olmasa telefonla danışmalı idi.
“Kavkazplus” saytı Trampın Sarkisyanı saymamasının səbəbləri haqda yazıb.
İrəvanın planları ALT-ÜST OLDU: Trampın Sarkisyanın zənglərinə cavab verməməsinin SİRRİ
Bu gün İranın paytaxtı Tehranda insanlara asit turşusu ilə hücum olub.Hücumda 16 nəfər yaralanıb. Məlumata görə, paytaxtın cənubunda motosikletlə hərəkət edən bir sürücü yol kənarında dayanan kütlənin üzərinə turşu dağıdıb. Şübhəli tutulub.
Koreya Xalq Demokratik Respublikası (KXDR) Yaponiyanı ABŞ-dan daha əvvəl külə çevirə bilər. Bu haqda KXDR-in sülhün müdafiəsi üzrə komitənin sədri bildirib.
Məmur Yaponiyaya xatırladır ki, o ada ölkəsidir və “məğlubedilməz və amansız nüvə dövləti” (KXDR – red.) qarşısında macəralara başlamamalıdır.
Bu ölkəni ABŞ-dan əvvəl külə çevirəcəklər: “Amansız nüvə dövləti”ndən DƏHŞƏTLİ XƏBƏRDARLIQ
Şimali Koreya Cənubi Koreyaya doğru bir neçə qısa mənzilli raket atıb. Cənubi Koreyadan verilən açıqlamada bildirilir ki, Vonson şəhərindən atılan raketlər təxminən 200 kilometr uçaraq, dənizə düşüb.
Cənubi Koreyanın Müdafiə Nazirliyinin sözçüsü Roh Jae Cheon bildirib ki, Şimali Koreya bununla gəmiləri vura biləcəyinin mesajını verir.
Məlyumata görə, raketlər ABŞ donanmasına aid USS Ronald Reyqan və USS Carl Vinson təyyarədaşıyan gəmilərinin Cənubi Koreya donanması iə birlikdə təlim keçdiyi əraziyə düşüb. Bu müharibə çağırışı kimi dəyərləndirilir.
Böyük Britaniyada bu gün növbədənkənar parlament seçkiləri keçirilir. 650 yerlik İcmalar Palatasında (parlamentinin aşağı palatası) yer tutmağa əsas iddiaçılar mühafizəkarlar, leyboristlər, liberal-demokratlar, Böyük Britaniya Müstəqil Partiyası (UKİP) və Şotlandiya Millətçi Partiyasıdır (SNP).
Səsvermənin favoritlərindən olan mühafizəkarlar və leyboristlər “sərt” Breksiti dəstəkləyirlər. Onlar Avropa İttifaqının strukturlarına kompensasiyalar ödəmək istəmirlər. Ancaq hər iki partiyanın əksəriyyət qazanmaması Londonu Brüssellə danışıqlarda zəiflədə bilər. Məhz, Böyük Britaniyanın baş naziri Tereza Meyin də açıqladığı kimi, növbədənkənar seçkilərin əsas hədəfi Breksit üzrə danışıqlarda Londonun mövqeyini daha güclü etmək və daxili siyasi qüvvələrin həmrəyliyinə nail olmaqdır.
Hər şey “sərt” Breksit üçün: Seçkilərin qalibi ELAN OLUNDU
Dünən İŞİD terror qruplaşması İranda ilk hücumunu həyata keçirdi. Son məlumatlara görə, paytaxt Tehranda parlament binası və İran inqilabının lideri Xomeyninin türbələrinə edilən hücumda ümumilikdə 17 nəfər ölüb.İspaniyanın “El Mundo” nəşri terror aktlarının İranda İŞİD-in strukturunun mövcud olduğunu göstərdiyini yazıb.
İŞİD “Al-Amak" informasiya agentliyində üç bəyanat dərc edərək terror hücumlarına görə məsuliyyəti üzərinə götürdü. Agentliyin saytında həmçinin parlament binasında çəkilmiş videoyazı dərc olundu. TRAC analitik mərkəzinin direktoru Verian Xan nəşrə müsahibəsində bildirb ki, Go Pro (başa bağlanan kamera – red.) kamerasından çəkilib və bu, İŞİD-in üslubunu göstərir.
Müəllifin fikrincə, İran parlamentinə hücumun arxasında bir neçə amil dayanır.
“Ya sünniliyə keçməli, ya da...” - Regionda məhvedici MÜHARİBƏ BAŞLAYIR
Tehranda Xomeyni türbəsinə və parlament binasına hücum edən terrorçular İrana Ermənistandan keçiblər. Bu iddia ilə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey çıxış edib.
Onun sözlərinə görə, terrorçular viza belə istəmədən Ermənistandan İrana gəliblər.
“Ermənistan Suriyadakı müharibəyə görə orada yaşayan erməniləri təyyarə ilə işğal etdiyi Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirib. Həmin terrorçular da aylar öncə məhz Suriyadakı ermənilərlə birgə təyyarə ilə gəliblər. Daha sonra dəfələrlə sərhəddən keçərək, Tehranda kəşfiyyat apardılar. Nəticəsi də oldu”, - deyə G.Gülbey vurğulayıb.
İran Kəşfiyyat Nazirliyi Tehranda iyunun 7-də terror hücumu həyata keçirənlərin şəxsiyyətlərinin müəyyən edildiyini bildirib. “Tasnim” agentliyi xəbər verir ki, hücumda iştirak edən 5 terrorçu daha əvvəl Mosul və Rakkada İŞİD-in tərkibində döyüş əməliyyatlarında iştirak ediblər.
Tehranı bunlar qana boyayıb - ADLAR VƏ FOTOLAR (18+)
İŞİD terror qruplaşması təhdid xarakterli bəyanat yayıb. Terror qruplaşması 8 ölkənı yeni terror aktları ilə hədələyib. İngilis dilində yazılan müraciətdə müsəlmanlara kütləvi yerlərdən uzaq durmaq məsləhət görülür.
“Çünki xilafətin əsgərləri partladacaqlar və düşmənlərin boğazını kəsəcəklər”, - bəyanatda deyilir.
Müraciət səkkiz ölkə - Belçika, ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Kanada, Avstraliya və İtaliyada yaşayan müsəlmanlara ünvanlanıb.
Beynəlxalq terrorizmlə mübarizə üzrə Belçika eksperti Piter Van Ostayen hesab edir ki, bəyanat ciddi əsaslara malik ola bilər. Hazırda təhlükələrin analizi üzrə Belçika idarəsinin analitiklər bəyanatı araşdırmaqla məşğuldur.
Ukrayna Ali Radası (parlament) ölkənin xarici siyasətinin prioriteti kimi NATO-ya üzvlüyünün qanunverici əsaslarının möhkəmləndirən qanun layihəsini qəbul edib. Layihəni parlamentin 276 üzvü dəstəkləyib.
Sənədi Ukrayna prezidenti imzalamalıdır.
Qeyd edək ki, 2014-cü ilin dekabrında Ukrayna Ali Radası bloklara qoşulmamaq siyasətindən imtinanı nəzərdə tutan qanun layihəsini qəbul edib. Yeni hərbi doktrina NATO-ya üzvlük siyasətinin aparılmasını nəzərdə tutur.
Ukraynadan NATO-ya doğru NÖVBƏTİ ADDIM
“Moskva NATO-nun Rusiya sərhədlərinə tərəf genişlənməsi prosesini narahatlıqla qarşılayır”. Bunu Ukrayna Ali Radasının bu gün qəbul etdiyi qanun layihəsini şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
“Biz hesab edirik ki, bu, Avrasiya regionunda təhlükəsizliyimizi və güc balansını təhdid edir”, - o qeyd edib.
Kremlin sözçüsü həmçinin bildirib ki, Ukraynanın NATO-ya daxil edilib-edilməməsi barədə qərarı Moskva deyil, ittifaqın özü verir. Peskov əlavə edib ki, söhbət hazırda vətəndaş müharibəsinin getdiyi bir ölkənin NATO-ya üzvlüyündən gedir.
Xatırladaq ki, Ukrayna Ali Radası (parlament) bu gün ölkənin xarici siyasətinin prioriteti kimi NATO-ya üzvlüyünün qanunverici əsaslarının möhkəmləndirən qanun layihəsini qəbul edib.
"ABŞ ərazisindən Rusiyaya hər gün haker hücumları edilir". Bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, hücumların hədəfləri arasında Rusiya prezidentinin saytı da var.
“Hücumlar istənilən vaxt həyata keçiriləcək” - Rusiyanı TƏHDİD ETDİLƏR
Litvada və Polşada yerləşdirilən NATO-nun hərbi qulluqçuları gələn həftə “Suvalkovski dəhlizi”nin müdafiəsi üzrə təlimlər keçirəcəklər. 17-19 iyun tarixlərində keçiriləcək təlimlərdə təxminən 1500 Litva, Polşa, Britaniya və Amerika əsgəri iştirak edəcək.
Təlimlərə ağır hərbi texnika və vertolyotları cəlb ediləcək. Bu, “Dəmir Canavarı 2017” (Gelezinis Vilkas 2017) beynəlxalq təlimlərin bir hissəsidir.
Litva və Polşa arasında sərhəd sahəsi olan “Suvalkovski dəhlizi”nin eni təxminən 100 kilometrdir və qərbdə Rusiyanın Kalininqrad vilayəti, şərqdə isə Belarusla həmsərhəddir. Müharibə olacağı halda dəhlizin Rusiya tərəfindən tutulması NATO-nun Baltikyanı ölkələrinə yolunu kəsəcək. Təsadüfi deyil ki, ekspertlər “Suvalkovski dəhlizi”ni tez-tez NATO-nun “Axilles daban”ı adlandırırlar.
Ömər Dağlı
Paylaş: