Xəbər lenti


“ABŞ pezidenti Donald Trampın xarici syasəti dünyanı strateji xaosa götürür”.

Bu barədə keçmiş SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov Yaponiyanın "Asahi" qəzetində danışıb.

“Birləşmiş Ştatların hazırkı dövlət başçısı nüvə tərksilahının bütün çərçivələrini dağıdaraq dünyamız üçün qeyri-müəyyən bir gələcəyin rəsmini çəkib”,-deyə Mixail Qorbaçov qeyd edib.

Onun sözlərinə görə, dünyada hazırda müasir hərbi texnologiyalar, yeni silahların istehsalı daha da artıb. Buna görə də, özəlliklə indiki zamanda nüvə silahlarından qurtulmaq dünya gündəminin əsas məsələlərindən birinə çevrilməlidir.

Mixail Qorbaçovun fikrincə, hərbi münaqişənin hüdudlarında var-gəl edən “rəqabət və siyasət” özü yerini “iqtisadi və humanitar sahələrdəki əməkdaşlığa” buraxmalıdır./Musavat.com



Ana səhifəyə qayıt        Baxış: 1 557          Tarix: 25-09-2020, 15:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma