Xəbər lenti


Əgər Ermənistanda fəaliyyət göstərən hakimiyyət ikili oyun oynamaqdan əl çəkməsə, Moskva İrəvanı sərt şəkildə cəzalandıracaq.

Axar.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçisi Tevos Arşakyan yazıb.

Onun sözlərinə görə, Moskva köhnə dostu olan Robert Köçəryana üstünlük verir.

“Paşinyan rejiminin Sorosla əlaqələri barədə, demək olar ki, hər kəs bilir. Nikol özü də heç vaxt bunu gizlətməyə çalışmayıb. Məhz bu səbəbdən Paşinyan Kremli qane etmir. Onların ikili oyun oynayan şəxsə ehtiyacı yoxdur. Amma Nikol müqavimət göstərsə, Moskva təkcə onun özünə deyil, bütün Ermənistana cəza kəsəcək. Rusiya Ermənistana, hətta İrəvanın mərkəzinə qədər qoşun yeridə bilər. Bu, Ermənistan dövlətçiliyinin sonu demək olacaq”, - erməni ekspert qeyd edib.

O vurğulayıb ki, vacib məqamı unutmaq olmaz:

“Köçəryan prezidentliyi dövründə olduğu kimi, ində də əliqanqanlı cəllad olaraq qalıb. Məgər erməni xalqı unutdumu ki, o və onun yan-yörəsi o illər nə hoqqalar çıxarırdılar? Bizim gözümüzün qarşısında o vaxtlar Ermənistanın talan edilməsi prosesi gedirdi. Köçəryan erməni xalqının qanı hesabına əldə edilmiş sərvətinin toxunulmazlığını təmin etmək üçün hakimiyyətə özü kimi təcavüzkar Sərkisyanı gətirdi. Bax, belə bir insan bu gün bizim qarşımızda yeni obrazda durmağa çalışır”.

Onun sözlərinə görə, əgər bu baş verərsə, Ermənistanı yeni və daha dəhşətli nəticələri olan müharibə gözləyir.



Ana səhifəyə qayıt        Baxış: 3 099          Tarix: 5-03-2021, 12:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma