Xəbər lenti
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
Gürcüstanda bu ölkənin eks-prezidentinin, hazırda isə Ukrayna vətəndaşı olan Sadə Həllər və Nəticələr Ofisinin rəhbəri Mixail Saakaşvilinin saxlanılması Ukraynada əsas gündəmə çevrilmədi.
Məsələ burasındadır ki, Mixail Saakaşvili Gürcüstana qayıdışını Gürcüstan yerli seçkilərinə uyğunlaşdırdı, lakin eyni dövrdə - 1-2 oktyabr tarixlərində Ukraynanın kurort şəhəri Truskavetsdə “Xalqın xidmətçisi” fraksiyasının Prezident Vladimir Zelenskinin iştirakı ilə iclası keçirildi.
Əlbəttə, Ukrayna tərəfi öz vətəndaşının saxlanılmasına reaksiya verdi. Kiyev artıq Mixail Saakaşvilinin müdafiəsini təmin edəcəyinə söz verib. Xatırladaq ki, Gürcüstanın keçmiş lideri artıq ölkəsində saxlanılıb və üç və ya altı il müddətinə azadlıqdan məhrum edilə bilər, bununla belə, hazırda dövlət sərhədinin qanunsuz keçilməsi maddəsinin də əlavə ediləcəyi və hələ bağlanmamış digər cinayət işləri də var.
Ukrayna Mixail Saakaşvilini nə qədər fəal müdafiə edəcək və bu vəziyyət Kiyevlə Tbilisi arasındakı münasibətlərdə fəsadlara yol açacaqmı?
Oxu.Az -a açıqlamasında ukraynalı politoloq, “Üçüncü Sektor” analitik mərkəzinin rəhbəri Andrey Zolotaryev qeyd edib ki, “Ukrayna ilə Gürcüstan arasında yeni yoluna qoyulan münasibətlər üçün müəyyən bir risk mövcuddur”.
“Xatırlatmaq istərdim ki, Mixail Saakaşvilinin Ukraynanın siyasi dairələrinə qayıtması Tbilisidə ağrılı bir şəkildə qarşılandı. Bu, bir qədər gərginliyə səbəb oldu. Prezident ofisi artıq bildirib ki, Mixail Saakaşvili Ukrayna vətəndaşıdır. Yeri gəlmişkən, əgər əvvəllər kiminsə Gürcüstanın keçmiş prezidentinin Ukrayna vətəndaşlığı almasına şübhəsi vardısa, indi bu şübhələr dağılıb”, - deyə Andrey Zolotaryev bildirib.
Bununla belə, həmsöhbətimiz hesab edir ki, Mixail Saakaşvilinin gələcək taleyi çətin ki, Ukrayna ilə Gürcüstan arasında yaxşı ikitərəfli münasibətlərin qorunması zərurəti ilə bağlı mülahizələri üstələsin: “Bəli, Kiyev bütün lazımi hüquqi yardımı göstərəcəyinə söz verdi, amma düşünürəm ki, Ukrayna hökuməti çox uzağa getməyəcək. Məsələ burasındadır ki, Mixail Saakaşvilinin Gürcüstana səfəri Kiyevdə heç kimlə razılaşdırılmayıb. Prezident Ofisi üçün bu böyük sürpriz oldu. Bu vəziyyətdə kimdən sorğu edilməlidir? Mixail Nikolozoviç hər şeyin saxlanılma ilə bitəcəyini bilirdi. Odur ki, Kiyev çox uzağa getməyəcək, ikitərəfli münasibətləri təhlükəyə atmayacaq”.
- Axı, Mixail Saakaşvilinin Ukraynanda dövlət vəzifəsi var. O – Sadə Həllər və Nəticələr Ofisinin rəhbəridir...
- Sadə Həllər və Qərarlar Ofisi – məsləhət-məşvərət orqanıdır. Odur ki, onun rəhbəri “siyasətə yaxındır” və həlledici səs hüququ yoxdur. Bunu da anlamaq lazımdır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar