Xəbər lenti
Dünən, 21:45
Dünən, 21:00
Dünən, 19:41
Dünən, 18:46
Dünən, 09:08
30-01-2025, 23:19
30-01-2025, 23:00
30-01-2025, 21:16
30-01-2025, 20:50
30-01-2025, 19:24
30-01-2025, 17:52
30-01-2025, 15:34
30-01-2025, 14:44
30-01-2025, 14:11
30-01-2025, 13:25
Rusiya prezidenti Vladimir Putin və Avstriya kansleri Karl Nehammer Moskvada danışıqlar aparıblar.
Bu barədə Qaynarinfo Avstriyanın "Kronen Zeitung” nəşrinə istinadən xəbər verir.
Nəşr görüşün heç bir köməkçi və tərcüməçilər olmadan keçdiyini bildirir və Putinin alman dilini mükəmməl bildiyini qeyd edir.
Putin və Nehammer Kremlə məxsus bağ evindəki otaqda təkbətək danışıblar.
Görüş 75 dəqiqə davam edib.
Avstriya kansleri Karl Nehammer danışıqlardan sonra deyib ki, söhbət "birbaşa, açıq və sərt” olub.
Bu barədə Avstriyanın "Kurier” nəşri yazır yazır.
Nehammer Putinlə 75 dəqiqəlik görüşdən sonra deyib: "Bu, dostluq səfəri deyil. Mən Ukraynadan indicə gəldim və Rusiyanın işğalçı müharibəsinin gətirdiyi ölçüyəgəlməz iztirabları öz gözlərimlə gördüm".
Qeyd edildiyi kimi, bu görüş zamanı Kiyev səfərindən fərqli olaraq, birgə foto və ya mətbuata açıqlama verilməyib.
Nehammerin sözlərinə görə, Moskvaya səfər və Putinlə danışıqlar onun üçün "vəzifə” idi. "Ukraynada zərər çəkmiş mülki əhali üçün hərbi əməliyyatların dayandırılmasına və ya ən azı humanitar tərəqqiyə nail olmaq məsuliyyətindən irəli gələn bir vəzifə. Bütün fikir ayrılıqlarına baxmayaraq, mənim Rusiya ilə birbaşa danışıqlara getməyimin alternativi yoxdur" dedi.
Onun sözlərinə görə, söhbət "çox birbaşa, açıq və sərt olub”. Görüş zamanı kansler "Buçada və digər yerlərdə baş verən ağır hərbi cinayətlərdən çox aydın şəkildə danışıb və hər bir günahkarın cavab verməli olduğunu” vurğulayıb.
O, həmçinin Putinə bildirib ki, Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq və Ukraynada insanlar öldüyü müddətdə daha da sərtləşəəcək.
Nehammer həmçinin hərbi əməliyyatları dərhal dayandırmağa, yaralı və həssas qrupların, məsələn, Mariupol və digər mühasirəyə alınmış şəhərləri evakuasiyası üçün humanitar dəhlizlərin təmin edilməsinə, BQXK və digər humanitar təşkilatlara girişin təmin edilməsinə çağırıb.
"Amma mənim Putinə ən mühüm mesajım o idi ki, bu müharibə nəhayət başa çatmalıdır, çünki müharibədə hər iki tərəfdən yalnız uduzanlar olur”, – o deyib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər