Xəbər lenti
Dünən, 21:45
Dünən, 21:00
Dünən, 19:41
Dünən, 18:46
Dünən, 09:08
30-01-2025, 23:19
30-01-2025, 23:00
30-01-2025, 21:16
30-01-2025, 20:50
30-01-2025, 19:24
30-01-2025, 17:52
30-01-2025, 15:34
30-01-2025, 14:44
30-01-2025, 14:11
30-01-2025, 13:25
“Rus dünyası”nın Xankəndi və Bakı “təmsilçiləri”ni nə birləşdirir?
Bir çox müstəqil düşüncəli rusiyalı təhlilçilərin fikrincə, zamanında Boris Yeltsin anladı ki, öz siyasi dünyagörüşü, düşüncələri və idarəetmə üsulları ilə zamanın tələblərindən geri qalır, onunla ayaqlaşa bilmir və bu, Rusiyanı geri salır. Bunu anladı, zamanın axınına qarşı dirəniş göstərmədi, hakimiyyətdən ikiəlli yapışmadı və onunla vaxtında vidalaşmağa ağlı çatdı.
Həmin təhlilçilərin qənaətinə görə, Yeltsinin hakimiyyəti ötürdüyü Putininsə bu baxımdan ciddi psixoloji və düşüncə problemləri var.
Məsələn, Rusiyada uzun müddətdir müxalif düşərgənin ən tanınmış simalarından olan Qriqori Yavlinski Putin Rusiyasını belə xarakterizə edir: “Rusiya qəlbləri, beyinləri yox, əraziləri işğal etməyə çalışır”.
Doğrudan da, bu çürük düşüncənin və ümumilikdə Rusiya imperiya fəlsəfəsinin geridə qalmışlığı və primitivliyi ilə dünya xalqlarının, əsasən də qonşularının qəlblərini və beyinlərini fəth etmək əvəzinə, öz orta əsrlər məntiqilə onların ərazilərini zəbt etmək yolunu seçib.
Karl Marks vaxtilə demişdi ki, hər bir dövlətin xarici siyasəti onun daxili siyasətinin davamıdır. Bu gün Rusiyanın daxilindəki “russkiy” - “ne russkiy” ayrıseçkiliyi, başqa millətlərə yuxarıdan aşağı baxılması, aşağılanması, onların ərazilərinin və təbii sərvətlərinin istismarı kimi şovinist siyasəti bu dövlətin sərhədlərini aşaraq, digər ölkələrə qarşı açıq işğala çevrilib.
Bir dövlətin siyasi rəhbərliyi tərəfindən başqa bir dövlətin ərazisində yaşayan milləti yoxmuş kimi göstərmək, “tarixdə Ukrayna ölkəsi, xalqı adlı məvhum olmayıb” demək açıq şovinizmin, hətta nasizmin aşkar əlamətidir.
Adətən tarixən hansısa svastikanı əsasən nasistlər, xaç yürüşü həyata keçirənlər və digər işğalçılar istifadə ediblər. Bu gün Rusiyanın istifadə etdiyi “Z” isə artıq bütün sivil dünyada alman faşizminin simvolu olan savastikayla eyniləşdirilir. Ancaq məsələn, Azərbaycan öz torpaqlarını azad edərkən, heç bir svastikadan, işarədən istifadə etmədi. Əvəzində, bu gün Azərbaycanda istər siyasi həyatda, istər mətbuatda, istərsə də sosial şəbəkələrdə Rusiya imperiya düşüncəsinə, şovinist millətçi siyasətinə və onun davamı olan işğala haqq qazandıran xeyli tör-töküntü var...
İndi iş o yerə çatıb ki, həmin bu “Z” işarəsi Rusiya bayrağının rənglərinə bürünərək, Xankəndində quraşdırılır və Marqarita Simonyan da öz səhifəsində bunu alqışlayan paylaşım edir. Eyni zamanda, Qarabağın rus hərbi kontingentinin müvəqqəti yerləşdiyi ərazidəki ermənilər tərəfindən “artsax Rusiyadır” şüarı önə çıxarılır və s.
Kremlin bir çox təbliğatçılarının fikrincə, hazırda Ukraynadakı rus işğalının yaşadığı ən böyük çatışmazlıqlardan biri, bəlkə də birincisi odur ki, işğal olunmuş şəhər və qəsəbələrdə Rusiya özünə uyğun oyuncaq hakimiyyət orqanları qurmaqda gecikir, ya da bunu bacarmır. Bu da ona görədir ki, müstəqil Ukraynaya aid, Kiyevə bağlı yerli hakimiyyət orqanları rus işğalını rədd edir, yerli əhali arasında isə işğalçı qüvvələrlə əməkdaşlıq etmək istəyən, onların xidmətində duran idarəçilik qabiliyyətli adamlar tapmaq olduqca çətindir. Belədə rusların köməyinə kim çatır?
Əlbəttə ki, müxalif partiya sayılan rusmeylli “OPZJ”-nin üzvləri. Məhz onlar hazırda əsas kolloborantlar rolunda çıxış edirılər. Məhz bu siyasi qüvvənin üzvləri(hamısı olmasa da) işğalçı ordunun güvəndiyi yeganə satqın zümrədir.
Ukraynada “Boz kardinal” adlandırılan və iki gün öncə ələ keçirilən Viktor Medvedçuk isə bu partiyanın əsas yaradıcılarından və himayəçilərindəndir.
Lakin heç kim təminat verə bilməz ki, Azərbaycanın azca ayağı büdrəsə, həmin bu şəxslər hazırda Ukraynada “OPZJ” üzvlərinin oynadığı kollobarant rolunu oynamayacaqlar. Bu gün Ukraynadakı hakimiyyət zamanında belələrinin burnunu ovmadığı üçün bunun acı nəticələrini yaşamaqdadır. Biz də həmin bu acı təcrübədən mütləq nəticə çıxarılmalıyıq. Bu, qətiyyən sadəcə fərqli siyasi dünyagörüşlərinin mübarizəsi yox, əsl mənada milli təhlükəsizlik məsələsidir!
Doğrudur, Azərbaycan cəmiyyəti zatən çoxdan “rus dünyası” ideyasına xidmət edənləri məlum “rus gəmisi”nin ardınca, yəni ki, layiq olduğu yerə göndərib və göndərməkdə davam edir. Lakin müvafiq dövlət strukturları da qanun çərçivəsində daha konkret və dövlətçilik maraqlarına uyğun addımlar atmalı, həmin şəbəkənin fəaliyyətini nəzarətə götürməli, ondan gələn təhlükəni doğru qiymətləndirməli və onun qol-qanad açmasına imkan verməməlidir.
Əks halda, sabah Bakı küçələrində həmin “Z” işarəsilə yürüş keçirənləri, ən azından buna cəhd edənləri görəcəyik. Unutmayaq ki, belələrinin mahiyyət etibarilə Xankəndində “Z” svastikasını öz simvollarına çevirməyə başlayan separatçılardan ad və soyaddan başqa heç bir fərqi yoxdur...
Cəlal(Elxan) Məmmədov
“AzPolitika.info”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər