Xəbər lenti

Tez-tez Avropa ölkələrini təhdid etməsi ilə gündəmə gələn Çeçenistan lideri Ramazan Kadırov yenə maraqlı açıqlaması ilə gündəmə gəlib.

“AzPolitika.info” xəbər verir ki, Çeçenistan lideri bu dəfə özünün şəxsi telegram hesabından etdiyi paylaşımda Rusiya Prezidenti Putinə “ağıl verib”.

Bildirib ki, Rusiya təkcə Ukraynanı deyil, bütün Avropanı məğlub edəcək gücdədir: “Biz birlikdə güclüyük və bunu edəcəyik. Cənab Putin, məndən asılı olsaydı hazırda tamamilə dəyərsiz olan bütün Avropa dövlətlərini ələ keçirərdim. Biz əslində NATO-ya qarşı vuruşuruq. Döyüşmək bizim üçün “zövq”dür. Mən əminəm ki, Qərb Rusiyaya qarşı sanksiyaları geri götürəcək və Putindən üzr istəyəcək. Müharibə onlar bütün sanksiyaları götürənə və üzr istəyənə qədər davam etməlidir”.


Ana səhifəyə qayıt        Baxış: 3 485          Tarix: 8-06-2022, 19:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma