Rusiya prezidenti Vladimir Putin “Çeçennefteximprom” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 100 faizinin Çeçenistan Respublikasına verilməsi barədə fərman imzalayıb.
“Çeçennefteximprom”a 1113 neft və qaz quyuları, 11,6 min hektarlıq ərazi, iki neft emalı zavodu, təmir müəssisələri, neft hasilatı avadanlığı, dörd neft bazası və ümumi uzunluğu 500 kilometrdən çox olan boru xətləri məxsusdur.
Qeyd edək ki, Çeçenistan respublikasının rəhbəri Ramzan Kadırov 2015-ci ilin sonunda Putinə müraciət edərək “Çeçennefteximprom”un Çeçenistana verilməsini xahiş edib. \\Oxu.Az