Xəbər lenti

Rusiya səfiri Pavel Kuznetsov Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçirilən referendumla əlaqədar Finlandiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.

Finlandiya Xarici İşlər Nazirliyi referendumları “qondarma” adlandırıb, onları kəskin şəkildə pisləyib və bildirib ki, bu, “BMT Nizamnaməsinin və Ukraynanın suverenliyinin, ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır”.

11:12

Rusiya Federasiyasının Polşadakı səfiri Sergey Andreyev bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Buna Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsi ilə bağlı qərarı səbəb olub.

Bu barədə Polşa xarici işlər nazirinin müavini Marçin Pşidaç məlumat verib.

Onun sözlərinə görə, hazırda Rusiya-Polşa münasibətlərini dondurulmuş hesab etmək olar, diplomatik münasibətlər praktiki olaraq yoxdur.

Pşidaç qeyd edib ki, Rusiya səfiri oktyabrın 3-də saat Respublika Xarici İşlər Nazirliyinə gələcək.

Görüş zamanı Polşa tərəfi Ukraynanın dörd bölgəsinin Rusiyaya birləşdirilməsi ilə bağlı diplomata etirazını bildirib və belə bir qərarı tanımadığını bəyan edib.

Mənbə: Gazeta.ru




Ana səhifəyə qayıt        Baxış: 2 480          Tarix: 3-10-2022, 13:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma