Xəbər lenti
Dünən, 15:52

Dövlətçi və realist məfkurədən məhrum olanlar, qul-nökər psixologiyası daşıyanlar Ermənistana rəhbərlik elədikcə “Qafqaz qaraçıları”nın müsibəti bitməyəcək. Nə yazıq ki, 2018-ci ilin mayında Köçəryan-Sərkisyan xunta rejimini əvəzləyən “sorosçu” Nikol Paşinyan komandası da bu anlamda sələflərindən çox fərqlənmir. Məzmun dəyişib, hakimiyyətin mahiyyəti isə faktiki yerində qalır.

Nikolun “parlaq” kadrlarından biri də xüsusi səfir Edmon Marukyandır. O Marukyan ki, onun əsas “istedadı” belə görünür, ölkəmiz əleyhinə həftədə bir-iki tvit yazmaqdan ibarətdir. Absurd, öz-özünü təkzib edən tvitlər.

Onun Azərbaycanla bağlı payladığı axırıncı mənasız statusu belədir: “Əliyevin Laçın dəhlizi ilə bağlı son bəyanatı dövlət səviyyəsində aparılan etnik təmizləmənin açıq etirafı idi. Bildirib ki, Azərbaycan vətəndaşı olmaq istəməyənlər üçün yol açıqdır, onlar Rusiya sülhməramlılarının avtomobilləri və ya avtobusları ilə çıxıb gedə bilərlər”.

Marukyan Paşinyanın silahdaşlarındandır, rəsmi şəxsdir. Yəni bir daha təsdiqlənmiş olur ki, Ermənistan ölkəmizə qarşı ərazi iddiasını ən yüksək səviyyədə davam etdirir. Yoxsa İlham Əliyevin sırf beynəlxalq hüquqa əsaslanan, özündə heç bir hədə-qorxu daşımayan fikri niyə süngü ucunda qarşılansın ki? Azərbaycan Prezidenti qeyri-adi nə deyib ki, bunu “dövlət səviyyəsində etnik təmizləmənin etirafı” adlandırır sırtıq dığa?!

Ermənilərin ən ağıllılarından biri Marukyan sayılırsa, deməli, əsəblərimizlə hələ çox oynayacaqlar.

“Xüsusi səfir”ə köndələn sual: Ermənistan öz ərazisində onun konstitusiyasını saymayan əhali ilə necə davranardı, ona təşəkkür edər, başını sığallayar, hər cür köməklik göstərər, ərzaq yollayardımı? Həmin əhalinin özünə dövlət qurmasına razı olardımı? Cavab məlumdur. O zaman Marukyan əcaib səslə Azərbaycan tərəfə niyə banlayır?..

Marukyanın bir sarsaq tayı da Ermənistan XİN-də oturub – Vahan Unanyan. XİN-in mətbuat katibidir. İlham Əliyevin məlum xəbərdarlığına onun reaksiyası da aşağı-yuxarı eynidir.

Sitat: “Azərbaycan bununla etiraf edir ki, son məqsədi Dağlıq Qarabağı etnik təmizləməyə məruz qoymaq, Dağlıq Qarabağ ermənilərini öz vətənlərində yaşamaq imkanından məhrum etməkdir. Mövcud durumda biz beynəlxalq tərəfdaşları Azərbaycanı Laçın dəhlizinin blokadasına son qoymağa, Artsax ermənilərini qaçılmaz fəlakətdən xilas etməyə çağırırıq. Dağlıq Qarabağ xalqı öz vətəninin sahibi olmaq, öz vətənində yaşamaq kimi təbii hüququndan məhrum edilə bilməz”.

Paradoksa bax. Dünənin İşğalçısı da beynəlxalq hüquqdan danışır! 30 ildən sonra, başı “dəmir qapaz” yeyəndən sonra yadına düşüb! Hansı üzlə? Bütün bunların adı Azərbaycana ərazi iddiası deyilsə, nədir? Hansı “Dağlıq Qarabağ xalqı”? Hansı vətən, hansı (s)arsax? Guya Azərbaycan Prezidenti erməni əhalini öz yurdundan qovmağa çağırış edib. Öz “vətəni”ndə yaşamağın hansı təbii haqqından dəm vurur Unanyan? Məgər Azərbaycan onun qanunlarına, bayrağına hörmət edən erməninin Qarabağda qalmasının əleyhinədir? Əsla. Dəfələrlə ən yüksək səviyyədə, ən ali tribunalardan bildirilib. Bildirilir.

O zaman bir dəstə separatçı-quldurun, beynəlxalq hüquq hərləməyən cinayətkar ünsürün ərazi bütövlüyümüzə meydan oxuyub torpaqlarımızda ikinci erməni “dövləti” yaratmaq cəhdlərinə qarşı elə beynəlxalq hüququ qoymağımız nədən o saat “soyqırımı”, “etnik təmizləmə” kimi təqdim edilir? Kimin qulağından əriştə asır, gözünə kül üfürürlər? Doğurdanmı zənn edirlər ki, dünya onların bu nağılına da asanca inanacaq?..

İşə bax. Qanuni haqqımızı tələb edən kimi, ağzımızı açan kimi, o dəqiqə “genosid” deyib bağırır, mələşirlər. Timsah göz yaşları tökürlər. Bunca beynəlxalq hüququ ələ salmağın, milli əxlaqsızlığın və tərbiyəsizliyin bir sonu gəlməlidir ya yox? Riyakarlığın və saxtakarlığın da axı bir əndazəsi olmalıdır. Yəni gerçəkdənmi erməni də hamının yediyi qidalardan yeyir, hamının içdiyi sudan içir? O zaman beyni nədən yaramaz mexanizmlə işləyir? Təfəkkürü niyə bunca xəstə, çürük və iyrəncdir?

Onsuz da ermənilərin cəfəngiyatına başdan xarab soydaşlarından savayı kimsə inanmır. Heç Qərbdəki daşnak çörəyi yeyən siyasi şarlatanlar da. Fransa parlamentinin aşağı palatasının sədrinin İrəvandakı açıqlamaları buna şübhə saxlamadı.

İkinci yandan, bəyəm qədim Türk yurdu Ermənistandan qovulan, zülmə, etnik təmizlənməyə məruz qalan yüz minlərlə azərbaycanlının öz vətənində yaşamaq haqqı yox idi? Onlar insan deyildi? Hansı haqla hamı yalnız köçmən bir tayfaya Qafqazda nə istəyir onu etməyə izn verməli, onların aşırı həyasızlığına on illərlə dözməli, onları yerində oturtmamalıdır?

Amma cənab “Qafqaz qaraçıları”, biləsiniz ki, 2 erməni “dövləti” istəyənlər hər ikisindən olacaq - 2 dovşanın dalınca qaçanın qismətini yaşayacaq! Onlardan biri onsuz da mövcud deyildi, mif idi. “Miatsum” qatarı çoxdan gedib. İndi masa üzərində 32 ildir dövlət ola bilməyən vassal Ermənistanın özünün taleyi qoyulub. Hoqqalarınıza davam eləsəniz, onun da sonunu gətirəcəksiniz. Bir şey qalmayıb...

//Müsavat.com

Zahid SƏFƏROĞLU




Ana səhifəyə qayıt        Baxış: 3 495          Tarix: 15-01-2023, 16:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma