Xəbər lenti

Ermənistanın İstintaq Komitəsi Zəngəzur mis-molibden zavodunun 57 yaşlı təhlükəsizlik işçisi Ayrapet Meliksetyanın qətli ilə bağlı işi Baş Prokurorluğa göndərib.

Musavat.com bildirir ki, bu barədə Ermənistan mediaslna müsahibəsində İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.

Erməni mediasının əldə etdiyi məlumata görə, prokurorluq işi Milli Təhlükəsizlik Xidmətinə verəcək və o, Ermənistan Respublikasının sərhədini keçən Azərbaycan hərbçilərinin işi ilə bir icraatda birləşdiriləcək.

Bu da ondan xəbər verir ki, Ermənistan hakimiyyəti yolu azaraq bu ölkənin ərazisinə keçən və saxlanılarkən dəhşətli işgəncələrə məruz qalan hərbçilərimizə qarşı saxta ittiham hazırlayıb.

Xatırladaq ki, Azərbaycan hərbçiləri aprelin 10 və 13-də saxlanılıb. Rəsmi təsdiqləmə olmasa da, saxlanılanlardan ikincisinin Ayrapet Meliksetyanın qətlində əli olduğu haqda xəbərlər yayılıb. Hansı ki, elə Ermənistanın İstintaq Komitəsi əsgərlərimizlə erməni mühafizənin qətli arasında əlaqə olmadığını açıqlamışdı.




Ana səhifəyə qayıt        Baxış: 3 648          Tarix: 18-04-2023, 18:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma