![](/templates/Wmediat51/images/vetendash.jpg)
ABŞ prezidenti Donald Trampın Ukrayna böhranının həlli üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, Amerika lideri Ukraynadakı münaqişənin həlli üçün Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdır.
Musavat.com xəbər verir ki, Kelloq bununla bağlı New York Post-a açıqlama verib.
Kelloq bildirib ki, Tramp xüsusilə Rusiyanın enerji sektoruna yönəlikl sanksiyaları gücləndirə bilər. Onun sözlərinə görə, bu sahədə hələlik sanksiyalar on ballıq şkala üzrə 3 bal gücündədir.
Ukraynadakı vəziyyətin həlli kontekstində Tramp, Kelloqun fikrincə, münaqişə zonasında “qanın tökülməsini dayandırmaq istəyir” və yalnız bundan sonra tərəflər danışıqlara başlayacaq.
Kelloq onu da qeyd edib ki, həm Rusiya, həm də Ukrayna güzəştə getməli olacaq. "Bu, hər iki tərəf üçün məqbul olacaqmı? Xeyr. Amma biz balans tapmağa çalışmalıyıq", - o deyib.
Bundan əvvəl Tramp enerji sektorunda Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinin mümkünlüyündən danışmışdı.
Paylaş: