Xəbər lenti

Fransa ölkədəki rusiyalı jurnalistlərin akkreditasiyası ilə bağlı vəziyyəti araşdıracaq.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.

Xəbər verildiyi kimi, bu gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Fransanın Qələbənin 80 illiyinə həsr olunmuş reportaj çəkməyi planlaşdıran "İzvestiya" qəzetinin müxbirlərinə viza verməkdən imtina etməsini Rusiya KİV-in işinə qarşı ayrı-seçkilik hesab etmək olar və hesab etmək lazımdır.




Ana səhifəyə qayıt        Baxış: 33          Tarix: Bu gün, 19:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma