Xankəndidə iki nəfər silahlı şəxslər Qarabağdakı erməni quldurların başçısı Araik Arutyunyanın oturduğu binaya girərək atəş açıblar. Bu barədə görüntü sosial şəbəkələrin erməni seqmentində yayılıb. Bildirilir ki, naməlum şəxslər günün qaranlıq vaxtında 28 avqust gecə saatlarında Qarabağdakı erməni quldurların başçısı Araik Arutyunyanın oturduğu inzibati binaya daxil olaraq avtomat silahdan atəş açıblar. Xankəndidəki qondarma rejimin "polisi"nin məlumatına görə gecə Arayikin iqamətgahını və mühafizəçiləri atəşə tutan 2 nəfər silahlı Əsgəran sakini olub və onlar artıq həbs olunub. Atışma zamanı Araik Arutyunyanın binada olub-olmadığı, ölən və yaralananların olub-olmadığı haqda isə məlumat verilmir.
Qeyd edək ki, Qarabağdakı silahlı erməni quldurlar arasında gərginlik son vaxtlar daha da artıb. Araik Arutyunan istefası tələbləri səslənir. Separatçıların liderlərindən syaılan keçmiş “təhlükəsilik şurasının katibi” Samvel Babayanla Araik arasında münasibətlərin müharibə həddinə qədər kəskinləşdiyi bildirilir. Babayanın əli qanlı cinayətkarlardan biri olduğu və hazırda vəzifədə olmasa da nəzarətində silahlı şəxslərin də olduğunu Xankəndində bilməyən yoxdur. Araikin oturduğu binaya silahl basqının arxasında Samvel Babayan və digər hansısa xuntaçının omduğu istisna edilmir.
Bəs gedişat belə davam etsə Qarabağ separatçılarının lideri Araik Arutyunyanın sonu necə olacaq?
Politoloq Elxan Şahinoğlu qeyd edib ki, bu sual hər gün aktuallaşır. Ona görə ki, son günlər Xankəndidə qarşıdurmaların və atışmaların sayı artıb. Araik Arutyunyan İkinci Qarabağ müharibəsinə qədər işğal altındakı bölgəni Ermənistanın baş naziri Nikol Paşinyanla birgə istədiyi kimi idarə edirdi.
Azərbaycan ordusu müharibə günlərində Arutyunyanın yerini müəyyənləşdirməyə çalışırdı. O məhv olunmalıydı. Çünki Arutunyan Gəncə və digər şəhərlərimizin bombalanması əmrini verdiyini açıq ifadə etmişdi. Həmin zərbələr nəticəsində yüzlərlə mülki vətəndaşımızı itirdik. Arutyunyan müharibədən sağ çıxdı. O istefa verib aradan çıxmağa çalışsa da, Moskvadan icazə vermədilər. Müharibədən sonra Arutunyan artıq Moskvanın nəzarətinə keçmişdi. O indi də istefa vermək istəyir, ancaq Moskvadan hələ razılıq almayıb. Razılıq alan kimi Rusiya hərbi kontingentinə aid helikopterlərin biri ilə bölgədən qaçmağa çalışacaq: “Araik Arutyunyan “vəzifəsinin” icrasına davam edərsə, bu separatçıların və bölgənin erməni sakinlərinin durumunu daha da ağırlaşdıracaq. Çünki Araik Arutyunyan Azərbaycanın hökumət təmsilçiləri ilə görüşə neqativ yanaşır. Üşüncü qüvvənin iştirakıyla neytral zonada dialoqun mümkünlüyünü bildirib. Buna isə rəsmi Bakı razılaşmayacaq. Bu gedişat Qarabağdakı ermənilərin sosial problemlərini dərinləşdirəcək. Qazları, elektrrkləri, internetləri kəsiləcək, bunların hamısı işğal dönəmində qanunsuz çəkilib. Qarabağ erməniləri Azərbaycan qanunlarına tabe olmayana qədər işğal dövründəki rahat həyatlarına qayıda bilməyəcəklər.
Bu vəziyyətdə Qarabağ erməniləri və əli silahlı separatçıların bir qismi Araik Arutyunyanı hədəf götürəcəklər. Nə qədər ki, separatçılar torpaqlarımızı işğal altında saxlayıb, ərazilərimizin nemətlərindən istifadə edirdilər, onlar fikir birliyi içində idilər, elə ki, müharibədə məğlub oldular və Laçın yolunda sərhəd keçid məntəqəsi yaradıldı, aralarında ixtilaf dərinləşdi və günahkar axtarışına çıxdılar. Bu durum separatçıların öz aralarında silahlı qarşıdurmaya gətirəcək. Araik Arutyunyanı bizdən əvvəl elə özləri bitirəcəklər”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
Paylaş: