Xəbər lenti

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Adanadakı Vağzal meydanında keçirilən mitinqdə çıxış edib.

Türkiyənin qlobal güc olma yolunda sürətli addımlar atdığını ifadə edən Prezident ölkəsinin qardaş Azərbaycanla Qarabağda çiyin-çiyinə dayandığını deyib.

“Türkiyə xarici siyasətdə Avropadan təriflər almaq üçün çalışmır, regional güc olmaqdan daha çox qlobal güc olmaq yolunda sürətli addımlar atır. Biz Liviyada və Qarabağdayıq. Türkiyə qardaşları ilə əl-ələ, çiyin-çiyinə dayanır. Xarici siyasətdə artan nüfuzumuzun arxasında güclü müdafiə sənayesi dayanır. Müdafiə sənayesində xarici asılılığımız azaldıqca, xarici siyasətdə effektivliyimiz artır. Biz vəzifəyə gələndə 80 faiz başqalarından asılı idik. Xarici siyasətdə biz Avropadan “afərin” almağa çalışmaqdan, bütün dünyada düzgün və ağıllı mövqeyi ilə təqdir olunan bir ölkəyə çevrildik”, - deyə dövlət başçısı vurğulayıb.

O, bildirib ki, Türkiyə müdafiə sənayesi sahəsində sözün əsl mənasında dastan yazır.

“Bu gün Türkiyənin PUA-ları 34 müxtəlif ölkənin səmasını qoruyur. Biz bu sahədə dünyanın ilk üç ölkəsindən biriyik. Güclü müdafiə sənayemizlə dünyada söz sahibiyik. Bu yaxınlarda KAAN ilk uçuşunu uğurla həyata keçirdi. Dünyada KAAN ilə 5-ci nəsil təyyarə istehsal edə bilən 4 ölkədən biri olduq. Bu qürur hamımızın, 85 milyonumuzundur. Millət olaraq inandıq, çalışdıq və Allaha şükürlər olsun, uğur qazandıq. Bunlar yalnız başlanğıc idi. Biz daha çox, daha təkmil işlər görəcəyik. Yeni şad xəbərimiz yoldadır. Bir dəfə bunu edəcəyik dedik, biz bunu edirik. İçimizdəki müxaliflər, manqurtlar anlamasa da, dostlarımız Türkiyənin nə qədər böyük işlər gördüyünü yaxşı bilirlər. Son dörd gündür dünya KAAN-dan danışır”, - Ərdoğan əlavə edib.

Mənbə: Haber Global




Ana səhifəyə qayıt        Baxış: 2 979          Tarix: 25-02-2024, 19:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma