Xəbər lenti

İsrailin Baş naziri Benyamin Netanyahu atəşkəs razılaşmasının növbəti mərhələlərində Qəzza zolağında girovların Qırmızı Xaç Komitəsinə təhlükəsiz təhvil verilməsinə zəmanət verilənə qədər fələstinli məhbusların azad edilməsini təxirə salmağı əmr edib.

Bununla bağlı İsrail Baş nazirinin ofisi bəyanat yayıb.

“Baş nazir Benyamin Netanyahu bu gün günortadan sonra müdafiə naziri İsrael Katz ilə birlikdə azad edilməsi planlaşdırılan terrorçuların buraxılmasının növbəti mərhələlərdə girovlarımızın təhlükəsiz çıxışı təmin olunana qədər təxirə salınması barədə göstəriş verib”, - bəyanatda deyilir.

"İsrail tələb edir ki, vasitəçilər bu məsələyə baxsınlar", - Baş nazirin ofisi əlavə edib.//APA




Ana səhifəyə qayıt        Baxış: 2 747          Tarix: Dünən, 21:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma