Xəbər lenti

“Azərbaycan Ermənistanın regionda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı təkliflərini yarı-rəsmi olaraq alqışlayıb”.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlament komissiyalarının birgə iclasında ölkənin 2025-ci il büdcə layihəsinin müzakirəsi zamanı bildirib.

“Biz Azərbaycan tərəfinə təkliflər verdik, onlar yarı-rəsmi müsbət qarşılandı. Burada müəyyən müsbət ab-hava formalaşıb”, - Mirzoyan bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda İrəvan Azərbaycan tərəfi ilə həm kommunikasiyaların bloklanması məsələsində, həm də hazırkı mərhələdə razılığın əldə oluna biləcəyi digər sahələrdə işi davam etdirəcək.

Xatırladaq ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri Şahin Mustafayev, Mher Qriqoryan və Aleksey Overçukun həmsədrliyi ilə regionda kommunikasiyaların bloklanması üzrə üçtərəfli işçi qrupunun sonuncu iclası Moskvada 2 iyun 2023-cü il tarixində baş tutub.




Ana səhifəyə qayıt        Baxış: 3 597          Tarix: 31-10-2024, 13:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma