Xəbər lenti

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqin bütün ölkələrini "Avraam razılaşmaları"na qoşulmağa çağırıb.

Oxu.Az xəbər verir ki, D.Tramp bu barədə özünün "Truth Social" hesabında yazıb.

"İndi İran tərəfindən yaradılan nüvə arsenalı tamamilə məhv edilib. Mənim üçün bütün Yaxın Şərq ölkələrinin "Avraam razılaşmaları"na qoşulması çox vacibdir. Bu, Yaxın Şərqdə sülhü təmin edəcək", - deyə ABŞ prezidenti yazıb.

Qeyd edək ki, "Avraam razılaşmaları" İsrail və bir neçə Körfəz ölkələri arasında imzalanan müqavilədir ki, ona əsasən tərəflər arasında diplomatik münasibətlər qurulub.




Ana səhifəyə qayıt        Baxış: 27          Tarix: Bu gün, 17:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma