
"Ermənistan özünün bütün nəzarət-buraxılış məntəqələrində, o cümlədən Ermənistan-Azərbaycan keçid məntəqələrində sərhəd yoxlaması prosedurlarını sadələşdirəcək".
Oxu.Az-ın TASS-a istinadə xəbərinə görə, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində Vaşinqtondakı razılaşmalar çərçivəsində kommunikasiyaların blokdan çıxarılması məsələsinə toxunaraq deyib.
O xatırladıb ki, Vaşinqton Bəyannaməsində bu sazişin əsaslandığı beş prinsip aydın şəkildə göstərilib: ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, sərhədlərin toxunulmazlığı və qarşılıqlılıq.
"Biz təkcə Ermənistan-Azərbaycan sərhəd məntəqələrində deyil, həm də bütün sərhəd məntəqələrimizdə sadələşdirmələrə gedəcəyik ki, biznes mühitini - ixrac, idxal, tranziti mümkün qədər sadələşdirək. Bu, istənilən halda biznesin aparılması üçün ən münasib və vacib mühitdir", - deyə Nikol Paşinyan bildirib.
Paylaş: